Füzulinin azad olunmasının ildönümü münasibətilə tədbirlər keçirilib

   15 oktyabr 2021-ci ildi tarixində Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və iştirakçıları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən natiqlər tərəfindən Füzuli şəhərinin  işğaldan azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
       17 oktyabr 2020-ci ildə düşmən işğalından xilas olan Füzuli doğma sakinlərinə qucaq açmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda bütün Qarabağ düşmən tapdağından azad edilmişdir.
    Tədbirə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi