Qarabağ Azərbaycandır!

 

    2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən  müharibəsi  haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Bu günümüzün hazırkı  həqiqəti, reallığı isə  budur ki, Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.  Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini  xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “ Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!

   29 sentyabr V-XI siniflərdə 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.09.2021-ci il tarixli, F-450 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 23.09.2021-ci il tarixli, F-202 nömrəli əmrlərinə əsasən ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr edilmişdir.Keçilən xüsusi dərslərdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik yad edilmiş, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qəhrəmanlığından qürur hissi ilə danışılmışdır.

  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi