Qazilərlərlə görüş

#QarabağAzərbaycandır!Tarix yazan igidlər!

      28 sentyabr 2021-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərovanın təşkilatçılığı ilə 8 "b" sinif şagirdlərinin Vətən müharibəsi qaziləri ilə görüşləri təşkil edilmişdir.

    Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagidlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olmuşdur.

    Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, şagidləri  maraqlandıran sualları cavablandırıblar.

     Gözəl, yaddaqalan görüşə,səmimi söhbətə görə Pirallahı rayon VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ İŞİN TƏŞKİLİ ŞÖBƏSİNİN şöbə müdiri Süpay Məmmədova və qazi yoldaşlarına məktəb rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi