"Zəfərə gedən yolun başlanğıcı"

      24 sentyabr 2021-ci il tarixində məktəbdə "27 Sentyabr Anım Günü" münasibətilə "Zəfərə gedən yolun başlanğıcı" adlı anım tədbiri keçirilmişdir.

Anım tədbirində Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Babayev, məktəb rəhbərliyi , müəllimlər və ibtidai sinif şagirdləri iştirak etmişlər.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndiriləməsi ilə başlamış, məkəbin 11 "a" sinif şagirdi Balakişiyeva İlahənin Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi videoçarxın nümayişi ilə davam etdirilmişdir.

      Sonra Azərbaycanın ərazi bötövlüyü uğrunda canlarını fəda etmiş, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandırmış şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmiş, ibtidai sinif şagirdləri öz şeir və mahnı töhfələri ilə əziz şəhidlərimizi, igid qəhrəmanlarımızı unutmadıqlarını və unutmayacaqlarını bildirmişlər.

       Anım tədbirində məktəbin direktoru Şakir Mikayılov və tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi