Şəhidlər ölməz, Vətən bölünməz! Hər şey Vətən üçün!

    Hamımızın bildiyi kimi 2020-cı il sentyabr  ayının 27-si “Vətən müharibəsi” başladı.    Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə            Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
     Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 

 Lakin çox təəssüf ki, müharibə itkisiz olmur, Vətən müharibəsinə itkilərimiz də vardır. Hərbçilərimiz və mülki şəxslər həlak olmuşlar, müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Vətən uğrunda bir an belə tərəddüd etmədən canını fəda etmiş igidlərin sırasında məktəbimizin məzunlaı da var.Vətən müharibəsində məktəbin 2010-ci il məzunu , baş leytenant Vüsal Babayev və 2018-ci il məzunu, əsgər Elmar Nəbiyev ən müqəddəs zirvəyə , şəhidlik zirvəsinə ucalmışlar. 

Azərbaycanın qəhrəman oğullarının əziz xatirələrini yad etmək məqsədilə məktəbin hərbi rəhbəri Oktay İsmayılovun təşkilatçılığı ilə şagirdlər ilk öncə Pirallahı rayonu, Gürgən qəsəbəsində məktəbin 2018-ci il məzunu,əsgər Elmar Nəbiyevin, sonra isə "Şəhidlər xiyabanı"nda məktəbin 2010-cu il məzunu, baş leytenant Vüsal Babayevin və "Vətən müharibəsi"ndə qəhrəmancasına şəhid olan digər şəhidlərimizin məzarlarını ziyarət etmiş, "Qənimətlər parkı"nda olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi