“Təbiət elmlərinə sevgiylə” adlı tədbir keçirilib

2015-2016-cı tədris ili üzrə məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərin bilik və bacarığını inkişaf etdirmək, fənlərə olan maraqlarını daha da yüksəltmək məqsədilə fənn aylıqları keçirilmiş, fənn aylıqları çərçivəsində məktəbdə böyük bir canlanma hiss olunmuş və bunun nəticəsində də divar qəzetləri hazırlanmış, açıq dərslər və müxtəlif adda tədbirlər keçirilmiş, ekskursiyalar təşkil edilmişdir.Fənn aylıqlarının sonu təbiət fənləri üzrə olmuş və aylığın yekunu olaraq 03 iyun 2016-cı il tarixdə məktəbin akt zalında “Təbiət elmlərinə sevgiylə” adlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəhla Abasova, məktəbin direktoru Arif Xankişiyev , müəllimlər və VI-XI sinif şagirdləri iştirak edib. Tədbirdə fizikanın texnikada,məişətdə, yerindən, coğrafiyanin maraq dairəsindən , kimyanın möcüzələrindən , astronmiyanın kainatı fəth etməsindən söhbət açıldı.Gecədə " Qaliley", “Magellan” və "Mendeleyev" komandalarının iştirakı ilə breyn-rinq yarışması keçirildi.Qalib “Magellan" komandasının üzvləri hədiyyə ilə mükafatlandırıldılar. Fənn müəllimləri D.Ə.Quliyeva, T.C.Əliyeva , S.A.Bayramova , T.V.Xudaverdiyeva və T.A.Şəbiyevanın iştirakı ilə hazırlanmış tədbir " Fənlərin bəhsi " ilə sona yetdi. Tədbirdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev dəvətlərini qəbul edib gəldiyi üçün Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəhla xanım Abasovaya, belə gözəl tədbir təşkil etdiklərinə görə fənn müəllimlərinə və şagirdlərə dərin minnətdarlığını bildirərək 2015—2016-cı tədris ilində təbiət fənləri üzrə keçirilən müsabiqə və bilik yarışlarının rayon, şəhər-zona və respublika turlarında uğurlu nəticə göstərdikləri , məktəbə qazandırdıqları I, II və xüsusi dərəcəli diplomlara görə müsabiqə və bilik yarışlarında iştirak edən hər bir şagirdə və onların hazırlanmasında zəhməti olan fənn müəllimlərinə xüsusi təşəkkürünü bildirdi. Tədbirin sonunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəhla xanım Abasova il ərzində qazandıqları nailiyyətlərə görə məktəb kollektivini təbrik etdi, onlara gələcək işlərində də müvəffəqiyyətlər arzulayaraq həmişə Pirallahı rayonunun adını yüksəkliklərə qaldırmalarını arzuladı və bugünkü tədbirdən xoş təəssüratla ayrıldığını bildirərək tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi