Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər olməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilib

186 nömrəli tam orta məktəbin idman müəllimi, 1-ci Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyevin təşəbbüsü ilə Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər olməz, Vətən bölünməz” devizi altında mini futbol turnirinə start verilmişdir. Turnir aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən ən müqəddəs zirvəyə-şəhidlik zirvəsinə ucalan 186 nömrəli tam orta məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunub. Turnirdə Pirallahı rayon məktəblilərindən ibarət 9 komanda iştirak edib. 18 may 2016-cı il tarixində 186 nömrəli tam orta məktəbin idman meydançasında mini futbol turnirinin qrup mərhələsi başlayıb. 18 may 2016- cı il tarixdə başlayan mini futbol üzrə turnirin qrup mərhələsi may ayının 31-nə qədər davam etmiş, final mərhələsi isə 01 iyun 2016-cı il tarixində keçirilmiş, turnirin ümumi nəticəsinə görə 235 № - li tam orta məktəbin 1-ci komandası I yer, 168 №-li tam orta məktəbin 1-ci komandası II yer, 186 №-li tam orta məktəbin 1-ci komandası III yer qazanıb.Qalib komandalar kubok və diplomlarla təltif ediliblər. Mükafatları komandalara Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov və şəhid Sarvan Mehralıyevin xalası oğlu Yaşar Haqverdiyev təqdim edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi