Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi

     AMAK, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) dəstəyi ilə 17 May 2021 tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Onlayn Dəyirmi Masa tədbiri keçirmişdir.

    Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi və 45, 243 və 186 nömrəli məktəblərin rəhbərləri, eləcə də valideynlər iştirak etmişdir. Tədbirin məqsədi insanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsinin vacibliyini qeyd etmək və bununla bağlı maarfiləndirməni təşkil etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi