1 a sinfində "Əlifba bayramı" keçirilib

“Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək- qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. İlk sinif müəllimimiz, adınız qarşısında baş əyirik. Nə qədər ki, biz varıq, o zamana qədər siz də yaşayacaqsınız. Bəli , ilk müəllimlərimiz -bizə " Ana" ," Vətən " kəlmələrini yazmağı , sevməyi öyrədən şəxs.İlk müəllim bir ana qədər şagirdlərinə qayğı , diqqət göstərir.Ona görə də heç vaxt yaddan çıxmır ,həmişə xatırlanır , yad edilir.İbtidai təhsil insan həyatında gələcəyə doğru addımladığı addımlardan biridir.Ona görə də bu addımları elə atmalıyıq ki , heç vaxt büdrəməyək.Bunun üçün də bizə ilk müəllimlərimiz köməklik göstərirlər.Biz də çalışmalıyıq ki, onların zəhmətini hədər etməyək , onların etimadını həmişə doğruldaq.26 may 2016-cı il tarixində məktəbin 1 a sinif şagirdləri sinif müəllimləri Təranə Cavanşirovanın rəhbərliyi ilə "Əlifba bayramı"nı qeyd etdilər.1 a sinif şagidləri öz şən günlərində, "Əlifba bayramı" nda məktəbin 2014-cü il məzunu, ən müqəddəs zirvəyə , şəhidlik zirvəsinə ucalan Sarvan Mehralıyevi yad etdilər, sinif müəllimləri Təranə Cavanşirovanın şəhid Sarvanımıza həsr etdiyi şeiri ifa etdilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi