Tarix yazan imza

    6 may 2021-ci il tarixində məktəbdə tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın və ibtidai sinif müəllimi Samirə Umudovanın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Tarix yazan imza” adlı (onlayn)  tədbir keçirilib.

    Tədbirdə məktəbin direktoru Şakir Mikayılov, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbir zamanı ilk olaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, şagirdlər Ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər ifa ediblər.Daha sonra tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və məktəbin direktoru Şakir Mikayılov çıxış edərək Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, onun layiqli davamçısı hörmətli prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətindən və Şanlı Qarabağ zəfərindən danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi