Valideynlərə və şagirdlərə psixososial dəstəyin göstərilməsi üçün tövsiyələr

      Məktəbin psixoloqu Şəfa Bilandarlinin təşkilatçılığı, sinif rəhbərlərinin dəstəyi ilə valideynlərə və şagirdlərə psixososial dəstəyin göstərilməsi üçün tövsiyələr davam etdirilir.

     Psixososial rifah hər bir insanın potensialını reallaşdırması, sağlam və məhsuldar həyat sürməsi üçün zəruri şərtdir. Psixososial rifah dedikdə, cəmiyyətdə arzuolunan mövqeyə və rola sahib olmaq, özünü xoşbəxt və ümidli hiss etmək, ətrafdakı insanlarla müsbət münasibətlər qurmaq, dəstəkləyici mühitə malik olmaq, streslə mübarizə apara bilmək üçün lazım olan bacarıqlara sahib olmaq nəzərdə tutulur. Pandemiya nəticəsində sosial təcrid olunmanın, ənənəvi həyat tərzindən uzaq qalma və məktəblərin əsasən məsafədən fəaliyyət göstərməsinin uşaqların və ailələrinin psixososial rifahına mənfi təsiri danılmazdır. Uzun fasilədən sonra məktəbə qayıdan uşaqların bir sıra psixoloji problemlərlə (stress, gərginlik, adaptasiya və ünsiyyət problemləri, davranış pozuntuları və s.) üzləşə biləcəyi gözlənilir. Bu problemlərin uşaqların öyrənməsinə, davranışlarına və məktəb mühitinin ümumi atmosferinə təsir etmə ehtimalı böyükdür. Buna görə də, müəllim dərs prosesində (istər üz-üzə, istərsə də distant təhsil zamanı) şagirdlərə psixososial dəstək göstərməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi