"Birincilərik" adlı tədbir keçirildi

Məktəbin 1 b sinif şagirdləri ilk sevimli bayramlarını - " Əlifba bayramı" nı qeyd etdiər.Sinif müəllimi Nağızadə Pərvanənin gərgin əməyi nəticəsində hazırlanan və keçirilən , birincilərin və onların valideynlərinin yaddaşına həkk olunacaq bayaram hər kəsdə xoş təəssürat yaratdı.Az bir vaxt keçməsinə baxmayaraq birincilər öz gözəl diksiyaları ilə bir-birindən maraqlı şeirlər , mahnılar ifa etdilər , səhnəciklər nümayiş etdirdilər.Tədbirin gedişatından aydın olurdu ki , birincilərin sevincinin həddi-hüdudu yox idi . Onların hər biri bu tədbirə cox sevinclə hazırlaşmışdılar. Tədbirin təşkil olunmasında valideynlərin də köməyi danılmazdır.Valideynlər öz övladlarını iştirak etdikləri səhnəciyə uyğun geyimlə təmin etmişdilər və bu da tədbiri daha maraqlı edirdi.Buna görə də məktəb kollektivi olaraq birincilərin valideynlərinə dərin minnətdarlığımızı bildirir , övladlarının müvəffəqiyyətlə məktəbi başa vurmalarını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi