Aprel zəfəri

     2016 – cı ilin aprel döyüşlərində düşmən üzərində qazandığımiz qələbə, Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun qələbəsi idi. Bu qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsi idi. Aprel döyüşlərində əldə olunan qələbə, bilavasitə müdrik Prezidentimizin, qətiyyətli sərkərdəmizin, Ali Baş Komandan cənab İlham Əliyevin qələbəsi idi.

      Uzun illərdən sonra xalqımıza belə bir qələbə sevincini ümummilli liderimiz Heydər Əliyevin özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi və taleyüklü məsələlərin həllini, müstəqil Azərbaycanımızın taleyini birbaşa əmanət etdiyi möhtərəm Prezidentimiz cənab İlham Əliyev yaşatdı. Bu dönüşü, bu dəyişikliyi Ali Baş Komandanımız yaratmaqla hərbi şöhrət tariximizə yeni bir parlaq səhifə yazdı.

      Aprel döyüşü hər bir vətəndaşın, hər bir hərbrçinin qədrini bilmək, şəhid olmuş Vətən övladını ehtiramla dəfn etmək, şəhid valideynlərinə qayğı və ehtiram göstərmək, torpağın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla çarpışan, hər an bu yolda canından keçməyə hazır olan vətənpərvər gənclər nəsli tərbiyə etmək dərsi idi.Ən nəhayət, Ali Baş Komandanımızın rəhbərliyi ilə aprel döyüşlərində qazandığımız qələbə, sülh danışıqlarından qaçan, razılaşmaların pozulması üçün daim təxribat əməlləri törədən, riyakarlıq edən düşmənin sülh üçün yalvarmasına vadaretmə dərsi idi, böyük qələbənin, böyük qayıdışın başlanğıcı idi, 30 illik həsrətə son idi.

     Aprel şəhidlərinin əziz xatirələri məktəbimizdə də böyük ehtiramla  yad edilib, onların qəhrəmanlıqlarından danışılıb.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova Aprel şəhidi, məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin ailəsini ziyarət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi