"Kiçik Akademiya" nın üzvü, X "A" sinif şagirdi Ayxan Əzizovun təqdimatında “İlham Əliyev-Müasir Azərbaycan”

          Avropa və Asiya qitələri arasında yerləşən və buna görə də əhəmiyyətli strateji mövqeyi olan Azərbaycanın müstəqillik dönəmində sürətli inkişafı, xüsusən, son illərdə ölkədə baş verən iqtisadi irəliləyiş diqqəti cəlb etməyə bilməz.

Ölkəmiz müstəqilliyini qazandıqdan sonra inkişaf etmiş, dünya arenasında istər mədəniyyəti, istər iqtisadi inkişafı, islahatları, hərtərəfli irəliləyişləri ilə nəzərə çarpmağa başlamış, xarici dövlətlərin həm investisiya yönümlü, həm də bu və ya digər tərəfdən əməkdaşlıqları üçün maraq sahəsinə çevrilmişdir.

         Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi  və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi  inkişaf strategiyası nəticəsində  Azərbaycan gündən-günə inkişaf edərək regionun ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın sabit və davamlı inkişafı düzgün iqtisadi strategiyanın nəticəsidir. Azərbaycan suveren bir respublika kimi dünya tərəfindən tanınmış, bir sıra beynəlxalq təşkilatlara daxil olmuş və dünyanın bir çox müstəqil dövlətləri ilə siyasi, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlıq edir.

        Müasir Azərbaycanın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevdirsə, bugünkü inkişafın, tərəqqinin, mənfur düşmən üzərində Şanlı Qələbənin memarı və iştirakçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.Ulu öndər Heydər Əliyev İlham Əliyev haqqında, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi.İlham Əliyev Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi  Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırdı. Son  illər ərzində onun rəhbərliyi altında yaşayıb-yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Belə uğur Heydər Əliyev siyasi və iqtisadi kursunun layiqli davamçısı İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsidir.

      Hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur” deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı  bacardı.

      Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev ölkə iqtisadiyyatının köklü şəkildə yenidən qurulması işlərinə başladı. “Azərbaycan Respublikası  regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. 

     Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi.

     Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir.

     Azərbaycanın dünyaya daha yaxından tanıdılması məqsədilə atılan addımların önəmi  çox böyükdür. Bu istiqamətdə ilk addım kimi Azərbaycanın Birinci vitse-prezidenti,  ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən “Avroviziya” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb edə bildi. Bunun ardınca ölkəmizdə bir- birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, bütün dünyanı heyran edən birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır.

    Müasir və  multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi  bu uğurlar, heç şübhəsiz, ölkə  Prezidenti cənab  İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir.

      Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan iqtisadi və hərbi cəhətdən tənəzzül içərisində boğulan, öz iqtisadi və siyasi müstəqilliyini  itirən, əhalisi səfalət üzündən kütləvi şəkildə immiqrasiya edən Ermənistana acizlik məngənəsində çabalayan və bundan sonra nə edəcəyini bilməyən bir dövlət kimi baxmaqda tam haqlıdır. 

      Cənab Prezidentimiz İlham Əliyev özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatın-Qoşulmama Hərəkatının  sədridir.Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.Bütün bunlar da Azərbaycan Respublikasının və onun liderinin güclü olmasının baris nümunəsidir.

       Dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir” fikri də bu günümüzün reallıqlarına əsaslanır.

           Hansı sahəyə diqqət yetirsək inkişaf, tərəqqi görərik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yola saldığımız il hər zaman əvvəlki ildən daha uğurlu, daha yaddaqalan olur. Bu da ondan irəli gəlir ki, uğurların davamlılığının təmin edilməsi üçün zəruri addımlar atılır.

     2020-ci ilin ən yadda qalan olması, ən böyük uğuru, 30 ilə yaxındır ki, düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsidir.Təbii ki, bu uğur Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, öz prezidentini sevən və dəstəkləyən Azərbaycan xalqının həmrəyliyinin, hər an öz Ali Baş Komandanın əmrinə hazır olan Şanlı, Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanılmışdır.İllər sonra Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarda, doğma Şuşamızda dalğalanır.

 

Allah əziz Prezidentimizi, Azərbaycan ordusunu, Azərbaycan xalqını qorusun!

 

Yaşasın Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi