"Xocalı dünya mətbuatında" mövzusunda xüsusi dərs

    Xocalı soyqırımının iyirmi doquzuncu ildönümünün qeyd edilməsi məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Ramazanovanın təşkilatçılığı ilə 10 "a" sinfində virtual məktəb platformasında   "Xocalı dünya mətbuatında"   mövzusunda xüsusi dərs keçirilmişdir.

  Şagirdlərin diqqətinə çatırılmışdır ki, Xocalı soyqırımı amansızlıq və qəddarlıqla, heç bir beynəlxalq hüquq normalarına sığmayan tərzdə, dünya ictimaiyyətinin gözünün önündə törədilmişdir.Faciədən az sonra xarici kütıəvi informasiya vasitələrinin nümayəndələri hadisələri gözləri ilə görmək üçün bölgəyə gəlmişlər, gördüklərindən heyrətlənmişlər.Onlar Xocalıda törədilən soyqırımı faktını təsdiqləməklə bərabər, ölkələrinin mətbuatında da çıxış etmişlər.Dünya dövri mətbuatı isə öz müxbirlərinin Xocalı soyqırımıından yazdıqları dəhşətli xəbərləri dərc etməkdə davam etmişdir.                                            Dərsdə verilmiş materiallardan və soyqırımı haqqında toplanılmış məlumatlardan istifa etməklə Xocalı faciəsi ilə bağlı müzakirələr aparılmış, şagirdlər təqdimatlarla çıxışlar etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi