"Riyaziyyat hər yerdə"adlı tədbir keçirilib

Məktəbin riyaziyyat müəllimləri Bəsirə Babayeva, Aygün Zeynalova və ibtidai sinif müəllimi Həqiqət Nuriyevanın təşkilatçılığı və rəhbərliyi ilə "Riyaziyyat hər yerdə" adlı tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.Tədbir zamanı məktəblilər bir-birindən maraqlı çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaradıblar.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev belə gözəl tədbir hazırladıqları üçün müəllimlərə və şagirdlərə dərin minnətdarlığını bildirərək, onalara uğurlar arzulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi