"Unutma!" adlı tədbir keçirildi

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il ötür.17 may 2016-cı il tarixində 186 nömrəli tam orta məktəbdə “Unutma!” adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev bildirdi ki, hazırda Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir və biz cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, bütün məcburi köçkünlər kimi laçınlılar da öz doğma yurd-yuvalarına qayıdacaqlar.Tədbirdə çıxış edən məktəbin tarixi müəllimi Nailə Əliyeva və riyaziyyat müəllimi, Laçın rayonundan məcburi köçkün Teyfə Heydərova Laçının tarixi abidələrindən və əsrarəngiz təbiətindən danışaraq, cənnətməkan Laçın haqqında bir daha şagirdləri məlumatlandırmışlar.Sonda məktəblilər Qarabağ, vətənpərvərlik mövzularında şeirlər söyləmiş, Laçın rayonunun əsrarəngiz təbiətini özündə əks etdirən video-çarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi