Səninlə fəxr edirik!

 Nəbiyev Elmar Elman oğlu 22 mart 2001-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda anadan olmuşdur.2007-ci ildə 186 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2018-ci ildə tam orta təhsil üzrə məktəbi bitirmişdir.Nəbiyev Elmar sakitliyi, mehribanlığı ilə digər uşaqlardan fərqlənib.Onun idmana marağa yüksək olub.İdmanın müxtəlif növləri üzrə məktəb komandasında fəal iştirak edib.

     2019-cu ilə  Nəbiyev Elmar Elman oğlu  Vətənə borcunu yerinə yetirmək   məqsədilə hərbi xidmətə yollanır.27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə Elmar da qoşulur.O, Füzuli şəhərinin  işğaldan azad edilməsi uğrunda gedən gərgin döyüşlərdə iştirak edir və 05 oktyabr 2020-ci il tarxdə ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalır.

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən,   Nəbiyev Elmar Elman oğlu (ölümündən sonra) "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan mübarizədə qəhrəmanlıq göstərən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi