Fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

     Fənn olimpiadaları ümumtəhsil müəssisələrinin 8-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.
     16 yanvar 2021-ci il tarixində məktəbdə də istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə 8,9,10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “ Virtual məktəb” platformasında fənn olimpiadasının məktəb mərhələsi keçirildi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyevanın və fənn müəllimlərinin təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadasında 21 şagird iştirak etdi.
     Məktəbi fənn olimpiadasının rayon mərhələsində təmsil edəcək şagirdlər müəyyənləşdiriləcək və onlara məlumat veriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi