Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi

    Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri, "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrindən irəli gələn məsələlələrin  icrası ilə əlaqədar olaraq məktəbdə onlayn tədbirlər həyata keçirilmişdir.

     Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdlərə ətraflı məlumat verilmiş, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların  bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası təmin olunmuşdur.

    Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası təmin edilmiş, sinif təşkilat saatları keçirilmişdir.

   Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini yad etmək məqsədilə onların həyat  və mübarizə yolunu əks etdirən videoçarxlar  hazırlanmış, rəsmlər çəkilmişdir.

     Vətən müharibəsinin  qəhrəman şəhidləri-məktəbin 2010-cu il məzunu, baş leytenant Vüsal Babayev və məktəbin 2018-ci il məzunu əsgər Elmar Nəbiyevin həyat  və mübarizə yoluna həsr edilmiş videotəqdimatlar hazırlanmışdır.

      Məktəbin bir qrup şagirdlərinin məktubları və sovqatları qəhrəman əsgər və zabitlərimizə çatdırılmışdır.

     Məktəb kollektivi və şagirdlər 10 dekabr 2020-ci il tarixində Şanlı Qələbəmizə həsr edilmiş  Zəfər paradını böyük sevinc və qürur hissi ilə izləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi