“Piyadalar diqqətli olun!”

Məktəbdə “Piyadalar diqqətli olun!” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Pirallahı rayon Dövlət Yol Polis İdarəsinin müavini Kamil Qəhrəmanlı, Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin inspektoru Vaqif Rzaquliyev, 186 nömrəli tam orta məktəbin müəllim kollektivi və ibtidai sinif şagirdləri iştirak etdilər. Məktəbin direktoru Arif Xankişiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Sonra çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev əsas diqqətin təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsininin vacibliyini vurğuladı və hamını yol hərəkəti qaydalarına riayət etməyə çağırdı. F. Babayev qeyd etdi ki, uşaqların təhlükəsizliyinin təmin olunmasında ən çox iş valideynlərin və müəllimlərin üzərinə düşür. Pirallahı rayon Dövlət Yol Polis İdarəsinin rəis müavini Kamil Qəhrəmanlı və digər çıxış edənlər də yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənilməsinin və buna əməl olunmasının vacibliyini vurğuladılar. Bildirildi ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı, videoçarx nümayiş etdirildi. Təşkil olunmuş tədbirin əsas məqsədi uşaqlara təhlükəsiz davranış qaydalarını öyrətməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi