Novruz gəlir,yaz gəlir!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK !!!'Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir.Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdqüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər.Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil.Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir.Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün-Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. Novruzda evlər və həyətlər tozdan, çirkdən, zir-zibildən təmizlənir, ev müxəlləfatı silinib yuyulur və səliqəyə salınır. Bahar bayramına 15 gün qalmış buğda və ya mərciməkdən səməni qoyulur, bayram şirniyyatı hazırlanır. Bunları etməklə adamlar yeni ildə bol məhsul götürəcəklərinə ümidlərini ifadə etmiş olurlar. Cavan qız-gəlinlər bayrama xüsusi bir zövqlə hazırlaşır, özlərinə və uşaqlarına yaraşıqlı pal-paltar tikirlər.186 №-li tam orta məktəbdə də Novruz bayramının gəlişi münasibətilə keçirilən silsilə bayram şənlikləri 16 mart 2015-ci il tarixdə başa çatdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi