“Pandemiya dövründə təhsil” adlı videokonfrans

    Sentyabrın 16-da Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” adlı videokonfrans keçirilib.

   Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirib ki, ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynayıb: “Dünyanı cənginə alan COVID-19 yeni tipli koronavirusu distant təhsili çox aktuallaşdırıb. Azərbaycan da bu qlobal çağırışa dərhal cavab verdi. Prezident İlham Əliyevin iyunun 16-da "Microsoft" şirkətinin vitse-prezidenti Filipp Roqla, eləcə də, şirkətin nümayəndələri ilə videokonfransda vurğuladığı "rəqəmsal transformasiya" strategiyası onlayn təhsili də ehtiva edir. Diqqətə çatdırıldı ki, Azərbaycan təhsilinin uğurlu innovasiyasılardan biridə Təhsil Nazirliyi elektron kütləvi informasiya vasitələri və internet üzərindən "Teledərs", "Virtual məktəb" layihələrinin reallaşımasıdır. Qısa müddətdə peşəkar müəllim heyəti müəyyənləşdirildi, texniki məsələlər həll edildi, teledərslər çəkildi. Bununla 1,6 milyon şagirdin tədrisə cəlb olunması imkanı yaradıldı. Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edilir. Əhəmiyyətli haldır ki, cari ilin aprel ayında virtual formatda keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında azərbaycanlı məktəblilər tarixi nailiyyət əldə edərək 3 bürünc medal qazanıblar.”

YAP Pirallahı rayon təşkilatının sədr əvəzi Əli Kərimov öz çıxışında Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətindən ətraflı bəhs edib: “Prezidentin müraciətindəki bu fikirlər bir daha göstərir ki, bəşəri təhlükə olan pandemiya dövründə də, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə belə təhsil dövlət siyasətinin prioritet sahəsidir, ölkə rəhbərinin diqqət mərkəzindədir, dövlətin və əlaqədar qurumların tam nəzarətindədir. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunur və bütün maddi və mənəvi resurslar səfərbər edilib.”

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək Dövlət Proqramlarına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını qeyd edib: “Bununla yanaşı, 05 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin daxilində müasir standartlara cavab verən, yüksək şəraiti ilə seçilən 220 nəfərlik məktəb istifadəyə verilib: “2020-2021-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 185 nəfər orta məktəbi bitirib, onlardan 129 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak edib. 5 nəfər 600-dən, 8 nəfər isə 500-dən çox bal toplamışdır. Son illər şagirdlərin topladıqları ballar, o cümlədən təhsildə fərqləndikləri üçün əldə etdikləri nailiyyətlər rayonda təhsilin yüksək səviyyədə tədrisi ilə xarakterizə olunur. Sevindirici haldır ki, Pirallahı rayonunda təhsil bir neçə ildir ki, ən yaxşı göstəricilərinə görə respublika üzrə ilk sıralarda yer alır.”

YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elturan Həşimov, məktəbin direktoru Şakir Mikayılov öz çıxışlarında bildiriblər ki, təhsil məsələləri pandemiya dövründə də dövlət siyasətinin prioritet sahəsidir. Məktəbəqədər və məktəbəhazırlıq şəbəkəsinin genişləndirilməsi, ailə tipli, icma əsaslı qrupların fəaliyyətə başlaması, regionlarda yeni tipli təhsil müəssisələrinin filiallarının açılması, modul tipli məktəblərin quraşdırılması geniş vüsət alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi