“Biz qalib gələcəyik!"

06 may 2016-cı il tarixdə 186 №-li tam orta məktəbdə Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi , tarixi şəxsiyyətlər , incəsənət, mədəniyyət , ədəbiyyat nümayəndələrini yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 24 – cü ildönümü ilə bağlı “Biz qalib gələcəyik! “ adlı tədbir keçildi. Tədbirdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev, tarix müəllimi Yaqub Hüseynov çıxışlarında Şuşanın işğaldan əvvəlki tarixindən və işğal zamanı Şuşaya, Şuşa mədəniyyətinə , incəsənətinə və bütövlükdə Azərbaycana vuralan ağır zərbələrdən danışaraq bir daha şagirdləri məlumatlandırdılar, aprel ayının əvvəlində erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizi xatırlayaraq, Azərbaycan ordusunun güc və qüdətindən, hər an işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir olduqlarından və inşallah hörmətli prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı, cənnətməkan Şuşanı və digər düşmən tapdağında olan torpaqlarımızı azad edəcəklərini bildirdilər.Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, kompozisiyalar nümayiş etdirdilər. Sonda Şuşanın tarixi, tarixi şəxsiyyətləri, məşhur incəsənət, mədəniyyət və ədəbiyyat nümayəndələri ilə bağlı video-çarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi