Bakı və Naxçıvan məktəbliləri arasında onlayn "Bilik yarışı" keçirilib

   28 aprel 2020-ci il tarixində məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Bakı şəhəri, 186 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova və Naxçıvan şəhəri, Validə Hüseynova adına 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Adıgözəlovanın birgə təşkilatçılığı ilə hər iki məktəblərin 6 "b" sinif şagirdləri arasında onlayn "Bilik yarışı" keçirilib.Yarışın gedişatını 186 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Ramazanova da izləyib.Maraqlı keçən yarışın sonunda 186 nömrəli tam orta məktəbin "Bakı" komandası qalib gəlib.
    Karantin rejiminə görə şagirdlərin evdə qaldığı bir vaxtda belə bir yarışı təşkil etdikləri üçün Lalə Adıgözəlovaya, Cəmilə Kələntərovaya, hər iki məktəbin 6 "b" sinif şagirdlərinə və onların valideynlərinə dərin minnətdarlığımızı bildirir, dostluq görüşünə görə hər iki komandanı- "Bakı" və "Naxçıvan" komandalarını təbrik edir, uğurlarının davamını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi