Xeyriyyə aksiyasına biz də qoşulduq

     Bildiyimiz kimi, ümumtəhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşulur, çoxsaylı xeyriyyə aksiyaları keçirirlər. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilir. 26 aprel 2020-ci il tarixində  məktəbin pedaqoji heyəti də bu aksiyaya qoşularaq yaxın ətrafda yaşayan ehtiyacı olan ailələrə ərzaq yardımı etmişdir.#Bizbirlikdəgüclüyük.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi