"Heydər Əliyev və ordu quruculuğu" adlı tədbir keçirildi

Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. 05 may 2016-cı il tarixdə məktəbin akt zalında Azərbaycanın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, Pirallahı rayon Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları və dərnək üzvləri iştirak edib.Azərbaycan Respublikasının Dövlət Himnin ifası ilə tədbir açıq elan edilmiş, ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü urğunda şəhidlik zirvəsinə ucalan məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin və bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı məktəbin 11 b sinif şagirdi Nazxanım Fərruxova ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycan ordusunun inkişafındakı rolundan bəhs edən slayd nümayiş etdirmiş, məktəbin şagidləri və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin dərnək üzvləri Azərbaycana, Heydər Əliyevə, Azərbaycan Ordusuna həsr edilmiş şeirlər və mahnılar ifa etmiş, milli rəqslər nümayiş etdirmişlər. Sonda ümummilli liderimiz Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi