Onlayn görüş keçirilib

  16 aprel 2020-ci il tarixində 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılovun təşəbbüsü və kimya müəllimi Tutu Əliyevanın təşkilatçılığı, bir-neçə müəllimin iştirakı ilə onlayn görüş keçirilmişdir.Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri də 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri olmuşdur.Məktəbin direktoru Şakir Mikayılov məktəb üzrə ən yüksək nəticə göstərən məktəbin rus bölməsinin 9 "c" sinif şagirdi Süleymanova Kamilla Elxan qızına, onun müəllimlərinə və valideynlərinə öz təşəkkürünü bildirmişdir.Şakir Mikayıov "Virtual məktəb" haqqında da danışmış, müəllimlərə şagirdləri "Virtual məktəb" ə cəlb etmələrini tövsiyə etmişdir.

    Evdə qalın, dərsdən qalmayın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi