Məktəbdə Riyazi qurultay keçirildi

Məktəbdə “Riyaziyyat aylığı” çərçivəsində elmlərin şahı sayılan riyaziyyat elminə şagirdlərdə maraq hissi aşılamaq, onların riyazi biliklərini inkişaf etdirmək məqsədi ilə divar qəzetləri və bülletenlər hazırlanmış, açıq dərslər və müxtəlif tədbirlər təşkil edilmişdir.Növbəti tədbir 04 may 2016-cı il tarixdə məktəbin riyaziyyat müəllimi, təcrübəli pedaqoq, hazırladığı açıq dərslərin və tədbirlərin rəngarəngliyi ilə fəqlənən Sona Quliyevanın, riyaziyyat - informatika metodbirləşməsinin sədri Sevinc Məmmədovanın, ibtidai sinif müəllimi Gülbəniz Quliyevanın təşkilatçılığı ilə "Əlahəzət - Riyaziyyat elminə böyük məhəbbətlə" devizi altında Riyaziyyat qurultayı keçirildi.Tədbirdə məktəbin direktoru, direktor müavinləri, müəllimlər, valideynlər və şagidlər iştirak etdilər.Tədbir zamanı məktəbin II b, VIII a, IX a, X a və XI b sinif şagirdlərinin bir-birindən maraqlı çıxışları, riyaziyyat fənni ilə digər fənlərin inteqrasiya edilməsi tədbir iştirakçılarında xoş təəssürat yaratmaqla yanaşı, bir daha hər kəsdə riyaziyyata olan maraq hissini yüksəltdi.Belə gözəl, rəngarəng tədbir təşkil etdiklərinə görə zəhməti keçən hər kəsə - müəllimlərə, şagirdlərə valideynlərə məktəb rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi