“ Ana dilimizi qoruyaq!”

   Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən 21 Fevral Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.

     Dünyanın hər bir yerində olduğu kimi məktəbimizdə də 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə sinif təşkilat saatları, "dəyirmi masa" təşkil edilmiş, birinci siniflərdə "Ana dilim" mövzusunda imla yazı işi yazdırılmışdır. IV "A"  sinif şagirdlərinin iştirakı ilə “ Ana dilimizi qoruyaq!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak ediblər.Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər , aforizmlər, atalar sözləri , mahnılar söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi