"Ekolab" layihə olimpiadasının rayon turu keçirildi

Məktəblilərin ekologiya elminə marağının artırılması, onların ekoloji problemlərin həllinə cəlb olunması, təbiətə qayğıkeş və humanist münasibətinin formalaşdırılması, ölkəmizin təbii sərvətlərinin qorunması, şagirdlərin təbiətin mühafizəsi istiqamətində elmi axtarışa sövq edilməsi məqsədilə Bakı şəhər məktəbliləri arasında 22 aprel - "Beynəlxalq Yer Günü" nə həsr olunmuş ekoloji problemlər mözusunda "Ekolab" layihə olimpiadasının növbəti rayon turu keçirildi. Məktəbimiz bu olimpiadada İKT tədqiqat sahəsi üzrə təmsil olunurdu. "Təbiət və kompüter" adlanan layihəni məktəbin X sinif şagirdi Alyarova Günel və IX sinif şagirdi Rüstəmli Aytac təqdim etdilər.Olimpiadada münsiflər tərəfindən I yerə layiq görülən komandamız şəhər turuna vəsiqə qazandı. Şagirdlərimizi təbrik edir və onlara olimpiadanın şəhər turunda uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi