I c sinif şagirdləri hərflərə əlvida dedilər

Məktəbin rus bölməsinin sinif müəllimi Tamara Vəliyevanın 29 aprel 2016-cı il tarixdə 1 c sinfində keçirdiyi "Əlifba" bayramı öz rəngarəngliyi, orijinallığı ilə uzun müddət tədbirdə iştirak edən müəllimlərin, valideynlərin, şagirdlərin yaddaşından silinməyəcək.Bir-birindən gözəl geyimlərdə çıxış edən şirinlər mahnılar, rəqslər və şeirlərlə şənliyə yaraşıq verdilər.Tədbirdə İKT-nin imkanlarından geniş istifadə edildi.Əməyi sevən, dostluqda möhkəm olan şirinlərin valideynlərlə birlikdə hazırladıqları oyuncaqların müsabiqəsi münsiflər heyətini çətinliyə saldı, çünki ən yaxşı oyuncağı ayırd eləmək çətin idi, oyuncaqlar hamısı bir-birindən maraqlı və gözəl idi, ona görə də bütün əl işləri yüksək qiymətləndirildi.Biz də məktəb kollektivi olaraq Tamara Vəliyevaya, valideynlərə və şagirdlərə təşəkkür edir, uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi