Növbəti sınaq qiymətləndirmə keçirilib
23 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-cu siniflərdə buraxılış fənləri üzrə növbəti sınaq qiymətləndirmə keçirilib.
Sınaq qiymətləndirmənin keçirilməsində məqsəd buraxılış imtahanlarına hazırlıq və tədrisin keyfiyyətinin öyrənilməsi idi. Monitorinq zamanı şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının II mərhələsinə uyğun suallar təqdim edilib.