Tanınmış şair-qəzəlxanla görüş keçirildi

Aprel ayının 26-da məktəbdə tanınmış şair – qəzəlxan Hacı Arif Buzovnalı ilə müəllim və şagirdlərin görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev hamını salamladı, qısa şəkildə bu görüşün məqsəd və məramından, əhəmiyyətindən danışdı, dəvəti qəbul edib gəldiyinə görə şair-qəzəlxan Hacı Arif Buzovnalıya məktəb kollektivi adından minnətdarlığını bildirdi, sonra sözü aparıcı müəllimə – tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovaya verdi. O, şair – qəzəlxan Hacı Arif Buzovnalının yaradıcılığından danışdı və yeri gəldikcə şairin müxtəlif mövzularda qələmə aldığı şeirlərindən parçalar söyləməklə fikirlərini tam aydınlığı ilə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Şagirdlərdən VI b sinif şagirdləri Asiman, Minarə, Sənəm, Firuzə, Selcan və başqaları şairin bəzi şeirlərini əzbər söylədilər.VII b sinif şagirdləri Əfsanə, Aydan, Elvira və XI b sinif şagirdi Ceyhun vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.Sonra söz şair-qəzəlxan Hacı Arif Buzovnalıya verilib.O, bu tədbirin təşkil edilməsinə görə öz minnətdarlığını bildirib.Son vaxtlarda yazdığı yeni şeirlərini və şagirdlərin xahişi ilə Qarabağa həsr etdiyi “Qarabağdan məktub” şeirini oxuyub, şagirdlərin suallarını cavablandırıb.Bugünkü görüş şagirdləri yaxşı oxumağa, ədəbiyyatı sevməyə, yaradıcılıq dərnəklərində iştirak etməyə ruhlandırdı.Sonda şair öz imzalı kitablarından şagirdlərə və müəllimlərə hədiyyə etdi.Görüş ümumilikdə səmimiyyət və maraqlı müzakirə axarında keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi