Məktəbin 5 b sinfinin "Xonçalı Novruz gəlir! " mövzusunda Novruz şənliyi

Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar Novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar: Hər il olduğu kimi bu ildə 186 №-li tam orta məktəbdə böyük sevgi və coşqu ilə Novruz bayramının gəlişi münasibətilə silsilə tədbirlərin , sərgilərin və ümumməktəb iməciliklərinin keçirilməsinə başlanılmışdır.13 mart 2015-ci il tarixdə məktəbin 5 b sinif şagirdlərinin iştirakı ilə "Xonçalı Novruz gəlir!"adlı Novruz şənliyi keçirilmişdir.Novruz şənliyində 5 b sinif şagirdləri Novruzun adərtlərini və atributlarını özündə əks etdirən mahnılar, şeirlər, haxıştalar ifa etmiş , rəqslər , səhnəciklər ,müxtəlif oyunlar nümayiş etdirmişlər.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini H.R.Ramazanova, məktəbin psixoloqu E.Ə.Əliyeva, UBR A.O.Orucova , kitabxana müdiri Z.M.Quliyeva, valideynlər ,bir qrup müəllim və şagird heyəti iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi