“Əsgərə Məktub!” layihəsinə şagirdlərimiz də qoşuldu

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq etmək, xalqımızın hər bir nümayəndəsinin var gücü ilə dəstəyə və döyüşə hazır olduğunu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib.Məktəbimizin şagirdləri də bu layihəyə qoşularaq öz ürək sözləri və arzularını yazdıqları məktublarını Azərbaycanın ərazi bötövlüyünü göz bəbəyi kimi qoruyan əsgərlərimizə göndəriblər.Biz də məktəb kollektivi olaraq belə bir təşəbbüs irəli sürdükləri üçün “ASAN Könüllüləri” nə minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi