VI a sinfində informatikadan açıq dərs keçirildi

19 aprel 2016-cı il tarixdə məktəbin informatika müəllimi, həm də məktəb saytının işlənməsində zəhməti olan, gənc olmasına baxmayaraq təcrübəli, bilikli bir pedaqoq Sevinc Məmmədova VI a sinfində "İnformasiya resursları ilə iş mərhələləri" mövzusunda açıq dərs təqdim etdi.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, VI a sinfinin sinif rəhbəri Tünzalə Xudaverdiyeva və bir qrup müəllim iştirak etdi.Dərs zamanı şagirdlər ilk növbədə informasiya resursları haqqında məlumat verdilər, daha sonra bu resursların həyatımızdakı rolunu qiymətləndirdilər.Dərsdə bu günün ən vacib məsələlərindən biri olan informasiya resurslarının əldə edilməsi üçün lazımi mərhələləri müəyyənləşdirdilər.Şagirdlər dərs zamanı "Azərbaycanın tarixi abidələri", "Yer kürəsi", "Dünyanın möcüzələri", "Kompüterin əsas qurğuları" haqqında internetdən informasiya toplayıb təqdim etdilər, eyni zamanda verilmiş informasiya resurslarını müxtəlif əlamətlərinə görə qruplaşdırdılar.Dərsdə şagirdlər fəallıq nümayiş etdirdilər, sonda Azərbaycan haqqında fikirlərini vərəqlərə yazıb, yeni bir informasiya resursu yaratdılar.Biz də məktəb rəhbərliyi olaraq Sevinc Məmmədovaya və VI a sinif şagirdlərinə təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi