“Valideynin məktəbdə bir günü”

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 18 dekabr 2019-cu il tarixində məktəbdə " Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirilmişdir.

     Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

     Layihənin proqramına uyğun olaraq səhər saatlarından valideynlər məktəbə gəlmiş, onların qeydiyyatı aparılmışdır.Sonra tədbirin rəsmi açılışı olmuşdur.

        Məktəbin direktoru Şakir Mikayılov valideynləri salamlayaraq bugünkü tədbirin önəmindən danışmış, tədbirin proqramını bir daha  valideynlərin  diqqətinə çatdırmışdır.

      Açılış mərasimindən sonra valideynlər məktəblə əyani tanış olmaq məqsədilə məktəb əlaçılarının, məktəbin fəxrlərinin, Milli Qəhrəmanların şəkillərinə  baxış keçirmiş, məktəb kitabxanası , idman zalı, bufet, informatika və sinif otaqlarında olmuşlar.

       Məktəblə əyani tanışlıqdan sonra valideynlər dərs məşğələlərində iştirak etmişlər.

       Dərs məşğələlərində iştirak etdikdən sonra valideynlər üçün seminar təşkil edilmiş,  valideynlərin rəy və təklifləri, iradları dinlənilmiş, lazımi cavablar verilmişdir.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi