Bu ay (aprel) məktəbimizdə "Riyaziyyat aylığı" keçirilir

Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.Alman riyaziyyatçısı K.F.Qauss doğru deyb ki, riyaziyyat bütün elmlərin şahıdır.Həqiqətən də bu belədir.Riyaziyyatı yaxşı bilən bir şagird digər fənləri öyrənməkdə çətinlik çəkmir.Bizim məktəbimizdə şagirdlərimizin riyaziyyata marağı yüksəkdir.Elə bu səbəblərdən də məktəbdə tez-tez riyaziyyat fənni üzrə açıq dərslər, fənn gecələri keçirilir, divar qəzetləri, bülletenlər hazırlanır.Bütün bunların keçirilməsində və hazırlanmasında məktəbin riyaziyyat müəllimləri və şagirdləri böyük həvəs göstərir, yüksək sevinclə verilən tapşırıqları yerinə yetirir, bu da bir daha şagirdlərdə riyaziyyata olan marağı artırır, valideynlər tərəfindən yüksək qiymətləndirilir və təqdirə layiq hesab olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi