"Ən yaxşı məktəb saytı" müsabiqəsində I yer

     Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

      Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2018-2019-cu tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 102, Sabunçu rayonu üzrə 78, Xətai rayonu üzrə 257, Nərimanov rayonu üzrə 212, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 228, Suraxanı rayonu üzrə 76, Xəzər rayonu üzrə 206, Nəsimi rayonu üzrə 211, Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 51, Yasamal rayonu üzrə 21 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

       Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.Çox sevindirici haldır ki, 2017-2018-ci tədris ilində də məktəbimiz I yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi