“Yaz həyəti" layihəsinə start verilib

Təhsil Nazirliyi, IDEA İctimai Birliyi, Pirallahı Rayon İcra Hakimiyyətinin və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində məktəblərdə ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlər görülür.“Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumtəhsil müəssisəsini əhatə edir.Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.Layihə çərçivəsində növbəti ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik 20 aprel 2016-cı il tarixində Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbin həyətində keçirildi.Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə, IDEA Ictimai Birliyinin layihə kordinatoru Nəzakət İsayeva və əməkdaşı Səbinə Qasımova, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, 186 №-li tam orta məktəbin rəhbərliyi, müəllim və texniki heyəti, VIII-IX sinif şagirdləri iştirak edirdilər. Mayın 1-də başa çatacaq layihə çərçivəsində görülən işlər qiymətləndiriləcək, Təhsil Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən layihənin qalibi müəyyənləşdiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi