“Reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirildi

19 aprel 2016-cı il tarixində Səhiyyə və Təhsil Nazirliklərinin,“Ümidli gələcək” gənclər təşkilatının birgə təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə “Reproduktiv sağlamlıq” adlı tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in əməkdaşları, “Ümidli gələcək” gənclər təşkilatının nümayəndələri, məktəb rəhbərliyi, məktəbin tibb bacısı, müəllim heyəti, valideynlər və məktəblilər iştirak etdilər. “Ümidli gələcək” gənclər təşkilatının nümayəndəsi Məhburə Əliyeva və başqaları bu sahədə maarifləndirmə və təbliğat işlərinin artırılmasının vacibliyini qeyd edərək gənclərin nikahdan öncə tibbi müayinədən keçməyinin xəstəliklərin qarşısının alınmasında önəmli rol oynadığını vurğulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi