Naxçıvan şəhərinin yaranması

26.12.2024 tarixində məktəbimizdə Naxçıvan şəhərinin yaranmasının 100 illiyi ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada təşkilat müavini Gülüm Cəfərova, kitabxana müdiri və tarix müəllimimiz Lamiyə Allahyarova, eyni zamanda şagirdlərimiz iştirak ediblər.
Tarix müəllimimiz Lamiyə müəllim çıxış edərək Naxçıvan şəhərinin yaranması ilə bağlı ətraflı məlumat verib. Bunu da qeyd edək ki, dəyirmi masa iştirakçıları da hazırladıqları təqdimatları məruzə ediblər.