Müstəqilliyin Bərpası Günü tədbiri

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Məhz buna görə də 18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.
Bununla əlaqədar olaraq məktəbimizdə tədbir keçirilib.
Tədbiri məktəbimizin rəqəmsal bacarıqlar, informatika fənni müəllimi Nisəxanım Bayramova təşkil edib. Tədbir ibtidai sinif şagirdləri ilə təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin anımı ilə açıq elan edilib. Tədbiri məktəb rəhbərliyi də izləyib.