Zəfər günü

Məktəbimizdə 44 günlük Vətən müharibəsinin qələbəsinə həsr edilən “Zəfər günü” tədbiri keçirilib. Tədbiri məktəbimizin riyaziyyat müəllimi Səkinə Zamanova müxtəlif sinif şagirdləri ilə təşkil edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin sükutu ilə başlanılıb. Bununla tədbir açıq elan olunub və qələbə gününə həsr edilən səhnəciklər, rəqslər, şeirlər nümayiş olunub.
Bunu da qeyd edək ki, tədbirdə məktəbimizin şəhid məzunları şəhid Əlibala Əsədov və şəhid Adil İbrahimlinin valideynləri də iştirak ediblər
Tədbirdə məktəb rəhbərliyi və müəllim heyəti iştirak edib.