Bərk məişət tullantılarının idarə olunması

 “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda açıq dərs təşkil olunub. Dərs coğrafiya müəllimimiz Ülkər Cəbiyeva tərəfindan reallaşdırılıb.

 Dərs zamanı “Bərk tullantılar nədir? Onların təbiətə vurduğu ziyanı hansı nümunələrdə görürük?” kimi suallara şagirdlər fikirlərini bildirib, qarşılıqlı müzakirələr aparılıb.

 Dünya ölkələri və Azərbaycan nümunəsində tullantıların utilizasiyası nümunələri ilə şagirdlər tanış olub. Fərdi olaraq şagirdlərə paylanan kağızlarda hər bir şagird "tullantıları necə faydalı şəkildə istifadə edə bilərik?" sualını cavablandırıblar, sonda isə fikirlər hər biri oxunub və səs vermə ilə daha uyğun cavablar seçilib. Şagirdlər müxtəlif tullantı materiallarından hazırladıqları əl işlərini təqdim etdiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi