Şəhid Əsədov Əlibala Əli oğlunun doğum günü

 Bu gün – 2 aprel tarixi məktəbimizin məzun şəhidi Əsədov Əlibala Əli oğlunun doğum günüdür. Bu səbəbdən məktəbimizdə şəhidimizin doğum gününə həsr olunan tədbir təşkil olunub.

 Tədbiri məktəbimizin ibtidai sinif müəllimi Məmmədova Vüsalə reallaşdırıb. Keçirilən tədbirdə məktəbin 1-11-ci sinif şagirdləri fəal iştirak ediblər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra şəhidlərimizin ruhu sükutla anılıb. Tədbirin əvvəlindən sonunadək şəhidimizin uşaqlıq illəri, məktəbli dövrü, əsgərliyi müxtəlif videoçarxlarla göstərilib.

 Tədbirdə şəhidimizin ailə üzvləri, Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələri, Qala qəsəbəsi sakinləri, şəhidin dostları, məktəb rəhbərliyi iştirak ediblər. 

 Tədbir bitdikdən sonra isə şəhidin məzarı ziyarət olunub və məktəb adından əklil qoyulub.

 Bunu da qeyd edək ki, məktəbimizdə 1C sinfi şəhid Əsədov Əlibala Əli oğlunun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi