8 Mart Beynəlxalq Qadınlar Günü

 Məktəbimizdə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir təşkil olunub. Tədbiri riyaziyyat müəllimimiz Səkinə Zamanova reallaşdırıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin anımı ilə açıq elan edilib.

 Tədbirin əsas aparıcı mövzusu “Ana” adının müqəddəsliyi olub. Burada şəhid analarının adı xüsusi qeyd olunub.

 Şagirdlərimiz müxtəlif musiqi alətlərində ifa edib, rəqslər edilib, şeirlər söylənilib.

 Tədbir zamanı müəllimlərimizlə də maraaqlı oyun təşkil olunub. Təhsilverənlərimiz komandalara bölünüb, hər komandaya ad verilib. Müəllimlərə əyləncəli suallar verilərək oyun davam etdirilib.

 Sonda məktəb rəhbərliyinə söz verilib və tədbir bağlı elan olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi