5 Oktyabr Beynəlxalq Müəllimlər Günü

 

 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq məktəbimizin riyaziyyat müəllimi Nəbiyeva İradə tədbir təşkil edib. Belə ki, İradə müəllimin təşkilatçılığı ilə 8B sinif şagirdlərinin hazırladıqları səhnəciklər, şeir nümunələri, musiqi səsləndirmələri izləyənlərin marağını cəlb edib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə açıq elan edilib. Daha sonra isə şagirdlərin təqdimatında “İdeal və real sinif” adlı səhnəcik nümayiş olunub. Bir-birinin ardınca göstərilən səhnəciklər, məktəbimizin şagirdi Məmmədova Zərifənin ifasında qarmon səsləndirilməsi müəllimlərimiz tərəfindən yüksək qiymətləndirilib. Tədbir zamanı şagirdlərin müəllimlərdən götürdükləri canlı müsahibə və xoş söhbət fonunda maraqlı anlar yaşanıb.

 Ümumilikdə, tədbir məktəb rəhbərliyi və kollektiv tərəfindən yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi