BAHAR ÇƏLƏNGİ

14 mart tarixində Vl-c sinfində təşkilat saatı Novruz bayramına həsr olundu.  Novruz atributları olan kosa, keçəl, bahar qızı obrazları tədbirə xüsusi rəng qatırdı. Şagirdlər  xonça bəzəyib Novruza aid şeirlər səsləndirdilər, səhnəciklər hazırladılar. Musiqi sədaları altında İsgəndərova Salehə "Nəlbəki" rəqsini ifa etdi. Kosa və keçəlin deyişməsi uşaqların marağına səbəb oldu. Onlar gözəl təamlardan dadıb yumurta döyüşdürdülər.  Milli adət-ənənələrimizi, tariximizi özündə cəmləşdirən Novruz bayramı Vl-c sinfində belə qeyd olundu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi